“Bizim sığınacaq evində qalan qadınlardan birinin qeyri-rəsmi əri artıq məni təqib və təhdid etməyi dayandırıb. İki gündür ki, onun zəngləri dayanıb”.
Mynews.az xəbər verir ki, BiG.AZ-a bu sözləri açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, həmin şəxs sığınacaqda yaşayan qadınlardan biri Nazilə Şirinovanın qeyri-rəsmi əri Mehrəliyev Ceyhun Elçin oğludur. Artıq onunla bağlı Daxili İşlər Nazirliyinə müraciət olunub.
“Onu da deyim ki, bir ay bundan əvvəl sosial şəbəkə vasitəsilə məni şantaj edirdi. Deyirdi ki, arvadım şikayətini geri götürməyəcəyi təqdirdə böyük problemlər yaradacaq. Artıq həmin hədə-qorxular açıq təhdid halını almışdı. DİN-in müdaxiləsindən sonra zəng və təhdidlərin qarşısı alındı”.
Qeyd edək ki, Ceyhun Mehrəliyev Nazilə Şirinovanı bıçaqladığı üçün Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə (Qəsdən sağlamlığa az ağır zərər vurma) ilə cinayət işi açılıb. Hazırda istintaq gedir. Həmin şəxsin məqsədi məhkəmədən şikayət ərizəsinin geri götürülməsinə nail olmaqdır.
Nazilə Şirinova mətbuata açıqlamasında Ceyhun Mehrəliyevin onu lüt soyundurub, bıçaqla xəsarətlər yetirdiyini demişdi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub