Sumqayıtda Şərq bazarı kimi bilinən ticarət mərkəzi sökülür. Uzun illərdir baxımsız vəziyyətdə olan bazarın yerində müasir ticarət mərkəzi tikiləcək.
Mynews.az xəbər verir ki, artıq işlərə başlanılıb, satıcılar mallarını yığışdırır.
Şəhərin 9-cu mikrorayonunda yerləşən, təxminən 1 hektar ərazini əhatə edən Şərq bazarı kimi tanınan ticarət mərkəzi sökülür.
Sökülməyə səbəb kimi bazar daxilində və ətrafındakı şəraitsizlik göstərilir.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov aidiyyati qurum rəhbərləri ilə birlikdə ticarət mərkəzinə baxış keçirib. Əvəzində müasir görünüşlü böyük ticarət mərkəzinin tikilməsinə qərar verilib.
Memarlıq və Şəhərsalma İdarəsindən bildirilib ki, bazarda çalışanlar müvəqqəti olaraq digər ticarət mərkəzlərinə köçürüləcək. Layihə əsasında tikiləcək bazar hazır olduqda isə həmin sahibkarlar təmənnasız olaraq öz yerlərinə qaytarılacaq. // Xezerxeber.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub