Kiyevin Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin final şousu başa çatıb.
Mynews.az xəbər verir ki, yarışmanın qalibi Portuqaliya - müğənni Salvador Sobralın ifa etdiyi "Amar Pelos Dois" mahnısı olub. İkinci yerdə isə Bolqaristan tutdu. Üçüncü pillədə isə Moldova qərarlaşdı.
Azərbaycan isə yarışmanı 14-cü yerdə bitirdi.
Qeyd edək ki, final mərhələsində 26 ölkə təmsilçisi iştirak edib: İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan və Fransa.
Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi Ukrayna və “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.
62-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib.
Azərbaycandan 8 balı Portuqaliyaya, 10 balı Moldovaya, 12 balı isə Belarusa verilib. Səsləri aparıcı Tural Əsədov təqdim edib.
Azərbaycana verilən xallar:
San-Marino - 5 xal
Albaniya - 2 xal
Yunanistan - 10 xal
Moldova - 5 xal
Bolqarıstan - 5 xal
İtaliya - 12 xal
Portuqaliya - 12 xal
İrlandiya - 1 xal
Gürcüstan - 10 xal
Kipr - 1 xal
Macarıstan - 4 xal
Belçika - 4 xal
Polşa - 1 xal
Ukrayna - 6 xal
Azərbaycan münsif səsverməsindən 72 xal toplayıb. 42 xal Azərbaycanın səslərinə əlavə olunub. Azərbaycanın toplam xalı 120 olub.