Sabahdan Azərbaycanda çimərliklərin monitorinqinə başlanılacaq.
Mynews.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin KazımovAPA-ya deyib ki, monitorinqi Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirlikləri birgə aparacaq.
Mayın 16-dan oktyabrın 1-dək aparılacaq monitorinqlər Bakı və Abşeron, Azərbaycanın cənub və şimalında yerləşən bütün çimərlikləri əhatə edəcək. Bu zaman çimərliklərdə dəniz suyunun laborator müayinələr aparılacaq, kimyəvi, bakterioloji, radioloji və toksikoloji analizlərdən keçiriləcək. Laborator analizlərin nəticələrinə əsasən çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığına qərar veriləcək.
Qeyd edək ki, ötən il aparılmış müayinələrin nəticələrinə əsasən, Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərindən başqa sahil zolağındakı çimərlik sahələr yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlı hesab edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub