Qızı Aysel Şükürovanın dəbdəbəli toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov haqqında yazılan xəbərlərə münasibət bildirib.
Mynews.az xəbər verir ki, Q.Şükürov olke.az-a açıqlamasında deyib ki, cinayət işinin açılması və işdən qovulması barədə yazılan xəbərlər yalandır:
“Mənim haqqımda heç bir cinayət işi və sairə açılmayıb, işdən çıxarılmamışam. Bu cür xəbərlər yalandır. Mən işimin-gücümün başındayam. Kimlərsə ağıllarına gələn xəbərlər yayırlar. Mənim işim-gücüm yoxdur? İndi durub bu adamlara vaxt sərf etmək istəmirəm. Bizi şərləyən adam artıq məhkəməyə də verilib”.
Xatırladaq ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) tərəfindən “Bakılifttəmir” İstehsalat Birliyində maliyyə fırıldaqları və məmurların gəlir mənbələri, həmçinin “Bakı Lift”in baş direktoru Qüdrət Şükürovla bağlı araşdırmalara başlanılması barədə xəbərlər yayılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub