Güclü yağış səbəbindən Qobustanın bir kəndini su basıb, evlərə və təsərrüfatlara ziyan dəyib.
Mynews.az Report-a istinadən xəbər verir ki, ötən gecə yağan leysan xarakterli yağış Pirsaatçay çayında daşqınlara səbəb olub və çay məcrasını dəyişib. Çayın məcrasının dəyişməsi bir sıra fəsadlar yaradıb.
Belə ki, sel suları Şamaxı və Qobustan rayonlarında fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan vurub. Qobustan rayonunun Poladlı kəndində sel suları fərdi yaşayış evlərinin zirzəmilərinə dolub və 200-dən çox ev quşu tələf olub.
Hazırda aidiyyəti qurumlar əraziyə baxış keçirir, əhaliyə dəyən ziyan müəyyənləşdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub