Azərbaycanda havanın temperaturu yüksələcək.
Mynews.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, mayın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 20-25 dərəcə isti, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti, əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub