Xəbər verdiyimiz kimi, 2015-ci ildə Ucar rayonunda 24 yaşlı Şəlalə Rüstəmova üç körpəsini evdə qoyaraq qaçmışdı.
Rayonun Qaracallı kəndində yaşayan Şəlalənin gecə saatlarında evdən çıxaraq naməlum istiqamətə getdiyi deyilirdi. Ailə üzvləri onun özünə məxsus qızılları və qaynatasına məxsus mobil telefonu, həyətdə olan avtomobilin açarını götürərək evdən qaçdığını açıqlamışdı.
Şəlalə Rüstəmovanın həyat yoldaşı Arif Rüstəmov Rusiyada olduğundan, hadisədən səhəri gün telefonla xəbər tutaraq evlərinə geri qayıtmışdı. Bir-birlərini sevərək ailə qurduqlarına deyən ər, sevdiyi xanımın onu və üç az yaşlı övadını ataraq nə vaxtsa qaçacağına ağlına gətirmədiyini demişdi.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Ucar Rayon Polis Şöbəsinin axtarış üzrə əməliyyat müvəkkili Səlim Məmmədov bunları deyib:
“Həmin qadın bizdə itkin düşmüş kimi qeydiyyatda idi. 2015-ci ildə Bakı şəhərində tapılaraq, ailəsinə təhvil verildi. O, yaşamaq üçün Bakı şəhərinə gəldiyini bildirmişdi. Həyat yoldaşından ayrılmışdı. 2 uşağı var idi”.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub