Xəbər verdiyimiz kimi, ötən ilin sonlarında yollardakı dəmir və beton arakəsmlərin üzərindən keçib yolun hərəkət hissəsinə çıxan piyadaların 15 günədək inzibati həbs olunması ilə bağlı Milli Məclisə göndərilən qanun layihəsi dəyişdirilib.
Təklif məqbul sayılmadığı üçün başqa cərimənin tətbiq edilməsi istənilirb. Belə ki, həmin qayda pozuntusuna görə piyadalar həbs olunmayacaqlar. Onlar 100 manat məbləğində cərimə ediləcəklər.
ANV.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlama verib. O, bu qanun layihəsinə etirazını bildirdiyini deyib. “Belə qanun layihəsi olmaz. Bu biabırçılıqdır. Keçmiş layihədəki nə məntiqə, nə də hüquqa sığan bir cəza idi. Cərimənin qoyulmasının yuxarı-aşağı həddi müzakirə oluna bilər. Düşünürəm ki, hələ bu gün üçün cərimənin qiyməti çox yüksəkdir. Qanuna əsasən inzibati həbs müstəsna hallarda hakim tərəfindən verilə bilər. Burada isə belə müstəsna hallar yoxdu. Yaxşı ki, belə şeylər aradan qaldırıldı. Hər bir halda inzibati həbsin aradan qaldırılmasını müsbət qiymətləndirirəm. Orada fotoşəkillər, videokadrlar ola bilər. Ancaq buna baxmayaraq, hər bir halda subyektiv mülahizədir. Elə anlar ola bilər ki, bunlar mübahisə yarada bilər, qayda pozuntusu var, ya yoxdur”.
Deputat bildirib ki, onu narahat edən bəzi təkliflər də olub. “Bu, həm də digər hüquqpozmalarla bağlıdır. Hətta hakimdən, məhkəmədən kənar orqanların cəza verməsi məsələləri gündəliyə gəlir. Bəziləri fikir səsləndirirlər ki, hətta polis və digər orqanların da inzibati həbs vermək hüquqları yaransın. Bu qəti yolverilməzdir”.
Dosye.az
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub