"Xəzər" televiziyasında Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan "Bizə danış" verilişində daha bir şok hadisənin üstü açılıb.
Gecəyarı verilişin qaynar xəttinə edilən zəngdən sonra hadisə yerinə gedən jurnalist dəhşətli mənzərənin şahidi olub. Məlum olub ki, Sevil adlı qadını xalası bir neçə ildir bağlı qapılar arxasında saxlayır:
"Məni evdə yaşamağa qoymurlar. Deyirlər, səni dəlixanaya aparacağam. Xalam mənim təqaüdümü də alır. Təqaüdümü versələr, özümü dolandıraram. Səhər 12-1 arası yanıma gəlir. Qışın soyuğunda, yayın istisində bu şüşəsiz yerdə qalıram".
Qeyd edək ki, Sevil adlı qadın artıq dövlət müəssisəsinə yerləşdirilib.
Xatırladaq ki, X.Hidayətqızı bir neçə ay öncə daha bir oxşar faktın üstünü açmışdı. Pərvanə adlı qız valideynləri tərəfindən səkkiz il idi ki, tövlədə saxlanılırdı.
ölkə.az
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub