Əməkdar artist Firuzə İbadovanın yaşadığı evindən borca görə çıxarılması xəbəri yayılmışdı.
O, açıqlamasında mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxanın ona 7 min manat borclu olduğunu və hələ də borcunu qaytarmadığını demişdi.
Firuzə İbadova Metbuat.az-a açıqlamasında Orxan Nadirovun güvəndiyi şəxslər olduğuna görə o borcu qaytarmaqdan boyun qaçırdığını deyib:
“İlhamə xanımın maşınını sürür oyana-buyana. Onun var-dövlətini gedib onun-bunun qapısına qoyub pul götürürsən. O boyda xalq artistinin şubasını belə qoyub pul götürüb.
Bütün bunlardan hamımızın xəbəri var. Gətir pulumu qaytar. Gedib pul almısan, gətir pulumdan bir hissəni qaytar. Bu pulu sənə bağışlamamışam. Yasamalda Vüqar Bəkirov idi, sən və mən idim. Gəldin 4 min manat da verdim. Mən bilirəm ki, Orxanı qoruyanlar var. Onun arxasında dayanan, Orxanı himayə edənlər var. Onların adlarını da bilirəm sadəcə açıqlamaq istəmirəm.
Amma onlar da bilməlidir ki, Orxan kimi insanlar hamıya qarşı belə hərəkət edə bilər”.

1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub