“Əgər mənim qardaşım həqiqətən də cinayət işlədibsə, qanun çərçivəsində ciddi cəzasını çəkməlidir. Bizim qohumluq əlaqələrimizin bu məsələyə heç bir aidiyyatı yoxdur”!
Mynews.az -ın məlumatına görə, Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevqardaşının həbsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən belə deyib.
Əməkdar jurnalist haqqın.az-a açıqlamasında, hər kəsin Azərbaycan qanunları qarşısında bərabər olduğunu deyib və həbs edilmiş qardaşı üçün heç kimdən heç nə xahiş etmək fikrində olmadığını qeyd edib.
Məlumata görə, Mirəddin Ağayev dələduzluqda ittiham edilir. Onun barəsində istintaq hələ ötən ilin noyabrında başlayıb. Belə ki, Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail Rayon Polis İdarəsinə şikayəti əsasında o, istintaqa cəlb olunub. Vətəndaş, Mirəddin Ağayevin dələduzluq yolu ilə 2000 manatını mənimsədiyini bildirib.
Təqdim olunan sübutlar əsasında cinayət içi açılıb və bir neçə gün sonra M.Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. May ayının əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb.
Qeyd edək ki, ixtisasca həkim olan Mirəddin Ağayev Mirşahinin böyük qardaşıdır.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub