Son 6 ildə Azərbaycanda uşaqlara daha çox eyni adlar qoyulub.
Mynews.az-ın report-a istinadən verdiyi məlumata görə, 2011-ci ildə körpələrə ən çox qoyulan 10 kişi adı Yusif (4170), Əli (2923), Hüseyn (2787), Məhəmməd (1914), Murad (1636), Ömər (1417), Kənan (1353), Nihad (1343), İbrahim (1149) və Fərid (1042) olub.
Ötən il də Yusif (3395), Hüseyn (2360), Əli (2197), Ömər (1750), Məhəmməd (1437), Murad (1320), Tunar (1293), Uğur (1242), Ayxan (1188) və İbrahim (915) ən çox qoyulan oğlan adlarıdır.
Bundan başqa, 2011-ci ildə qızlara ən çox Zəhra (3756), Nuray (3609), Fatimə (3100), Ayan (1657), Zeynəb (1626), Aylin (1596), Fidan (1515), Xədicə (1501), Leyla (1345) və Gülay (1193) adları verilib.
Ötən il isə yenə də Zəhra (3006), Nuray (2172), Fatimə (1908), Zeynəb (1859), Aylin (1665), Məryəm (1572), Mələk (1380), Ayan (1350), Mədinə (1092) və Dəniz (1071) ən çox qoyulan adlar sırasındadır.
Siyahıdan da göründüyü kimi, körpələrə verilən adlar arasında, xüsusilə ilk beşlikdə duranlar eyni ilə qalıb.
Qeyd edək ki, bu il oğlanlara yenə də daha çox Yusif, Əli, Hüseyn, Ömər, Uğur, Məhəmməd, Murad, Ayxan, Tunar, İbrahim, qızlara isə Zəhra, Nuray, Zeynəb, Fatimə, Məryəm, Aylin, Dəniz, Mələk, Damla və Ayan adları qoyulub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub