2015-ci ilin fevral ayında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilən Yahova Şahidləri dini sektasının üzvləri İrina Zaxarçenko və Validə Cəbrayılova məhkəməyə müraciət ediblər.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, adıçəkilən şəxslər qanunsuz olaraq dini ədəbiyyat paylamaqda təqsirləndirilərək Pirallahı rayon məhkəməsinin hakimi Əkrəm Qəhrəmanovun qərarı ilə 7 min manat cərimələniblər. Lakin onlar istintaq dövründə 11 ay həbsdə qaldıqları üçün hakim cəriməni ləğv edib və 2016-cı ilin yanvar ayında İ.Zaxarçenko ilə V.Cəbrayılova məhkəmə zalından azadlığa buraxılıblar.
İ.Zaxarçenko və V.Cəbrayılova həbsdən çıxdıqdan sonra Səbail rayon məhkəməsinə müraciət edərək Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddia qaldırıblar. Onlar həbs olunmalarına görə dövlət qurumundan maddi və mənəvi zərərin ödənilməsini tələb ediblər.
Məhkəmə sekta üzvlərinin iddiasını rədd edib. İddiaçı tərəf qərardan apellyasiya şikayəti verib. İş icraata götürülüb və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Abidin Hüseynovun sədrliyi ilə mayın 23-də davam etdiriləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub