Ukraynada azərbaycanlılara qarşı törədilən cinayətlərin istintaqı davam edir. Bu proses Ukrayna baş prokuroru Yuri Lutsenkonun şəxsi nəzarəti altındadır.
Mynews.az xəbər verir ki, bunu Reporta-a açıqlamasındsa Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin deyib.
Bu ölkədə azərbaycanlılara qarşı törədilən cinayətlərin araşdırılması və günahkarların aşkara çıxarılaraq cəzalandırılması ilə bağlı görülən işlərdən danışan baş prokurorun müavini vurğulayıb ki, prosesi dayandırmaq niyyətində deyillər.
"Bildiyimə görə, Ukrayna baş prokuroru Yuri Lutsenko yaxın zamanlarda Azərbaycana səfər edəcək. Səfər zamanı azərbaycanlı həmkarlarımızı məsələ bağlı əldə olunan irəliləyişdən xəbərdar edəcəyik. Azərbaycanlı həmkarlarımızın bizə ünvanladığı işlərlə bağlı həqiqəti üzə çıxarana qədər irəliləyəcəyik", - Y.Yenin bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub