Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rövşən Lənkəranskinin adamları özünə lider seçdi - Kriminal aləmdə yeni müharibə başlayır

Azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranskinin qətlindən sonra kriminal aləmdə nüfuz uğrunda böyük savaş başlayıb.

AzToday.az-ın əldə etdiyi məlumata görə, MDB məkanında və Avropada böyük nüfuz qazanmış Rövşən Lənkəranskinin ölümündən sonra "Ded Xasan” klanının nümayəndəsi Zaxari Kalaşov ("Şakro Molodoy”) fəallaşaraq özünü "1 nömrəli” "qanuni oğru” hesab etdiyindən Lənkəranskiyə yaxın olan "vor zakon”lar bununla heç cür barışa bilməyəcəyini nümayiş etdirməyə başlayıb. Belə ki, Rövşən Lənkəranskinin 2016-cı ilin avqustun 18-də İstanbulda qətlə yetirilməsindən sonra onun tərəfdarları Şeyx Həmzətin ətrafında toparlanmağa başlayıb. Hələ "qanuni oğru” adını almayan çeçen əsilli kriminal avtoritetin Lənkəranskinin yaxın dostu olması, ölümündən sonra belə ona sədaqətli qalması və ən başlıcası isə kriminal aləmdə böyük nüfuzu Şeyx Həmzətin kriminal aləmdə liderliyini şərtləndirir.

Məlumata görə, Lənkəranskinin kriminal aləmdəki mirasına sahib çıxmağa çalışan Şeyx Həmzətin yaxın günlərdə "qanuni oğru” adı ilə taclandırılacaq. Rövşən Caniyevin ailəsinin və yaxınlarının da Şeyx Həmzətin başa keçməsindən məmnun qaldığı yayılan məlumatlar sırasındadır.

Kriminal aləmə yaxın olan mənbənin sözlərinə görə, Rövşən Lənkəranskini böyük qardaş hesab edən Şeyx Həmzət onun ideyalarının yaşatdıracağına və varidatının ailəsindən başqa heç kimə verdirməyəcinə söz verib. Lənkəranskinin tərəfdarları arasında qısa müddətdə böyük nüfuz qazanmış və qisas vədi verən Şeyx Həmzətin rəqib düşərgənin psixoloji hücumuna məruz qaldığını deyən mənbənin sözlərinə görə, son günlər Azərbaycanda mediasında çeçen əsilli Şeyx Həmzətin Lənkəranskinin qətlində adının hallandırılması və Rövşən Caniyevin kriminal aləmdə yaxın adamları ilə münaqişədə olması ilə bağlı yalandan çeşidli informasiyalar yayılır:

"Belə mübarizə formaları kriminal aləmin qaydalarına ziddir və bütün bunlar təəssüf doğurur”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...