Bu gün səhər saatlarında Türkiyə polisi Ankarada Etimesgut qəsəbəsinin Yapracık məhəlləsində əməliyyat keçirib.
Mynews.az NTV telekanalına istinadən verdiyi məlumata görə, əməliyyat zamanı bir evdə terror aktı törətməyə hazırlaşan iki nəfərdən təslim olmaları tələb edilib.
Polisə tabe olmayan bu şəxslər məhv edilib. Ankara valisi Ercan Topaca deyib ki, İstanbulda təqib edilən Azərbaycan əsilli şəxsin İŞİD üzvü olduğu dəyərləndirilib. Onun avtomobil kirayələyərək Ankaraya 2 nəfər gətirdiyi üzə çıxıb. Azərbaycan əsilli şəxs saxlanılıb və o, İŞİd üzvü olduğunu, iki nəfəri də terrora aktı törətmək üçün Ankaraya gətirdiyini söyləyib. Bu ifadədən sonra polis əməliyyat keçirməyə qərar verib və bu gün səhər həmin iki nəfər öldürülüb.
E. Topaca terrorçuları gətirən şəxsin Azərbaycan əsilli olduğunu və öldürülən və iki terrorçunun da əcnəbi olduğunun ehtimal edildiyini söyləyib: “Ancaq bu, hazırda dəqiqləşdirilir. Bir neçə saat ərzində 25-30 yaşlı bu iki terrorçunun şəxsiyyəti dəqiqləşdiriləcək”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub