İslamiadanın qalibi doğma şəhərində izdihamla qarşılanıb
Bu gün Lənkəran böyük izdiham yaşanıb. Belə ki, şəhər sakinləri. IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan taekvandoçu Ramin Əzizovu qarşılayıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, qarşılanma mərasimində Əzizovun ailə üzvləri, şəhər sakinləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Raminin çempion olması münasibətilə qurban kəsilib. Daha sonra Ramin Əzizov, şəxsi məşqçisi Vüqar Sultanov və çempionu qarşılamağa gələnlər Lənkəran Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərin ruhuna dualar oxuyublar.
Lənkəranlılar Ramin Əzizovu qarşılayıb Qeyd edək ki, Ramin Əzizov 2015-ci ilin yanvar ayında təlim-məşq zamanı ayağından ciddi zədə alıb və 2016-cı ilin sonuna kimi bərpa-müalicə prosesi keçib. Bu müddət ərzində bir çox mötəbər yarışlarda, xüsusən də Bakı 2015 İlk Avropa Oyunlarında çıxış edə bilməyib. Ramin zədəsini bərpa edəndən sonra, yenidən rinqə qayıdıb. Və bu qələbəsi, onun zədəsini bərpa etdikdən sonrakı ilk böyük qələbədir. Onu da əlavə edək ki, R. Əzizov taekvando üzrə Milli Komandanın kapitanıdır.


1
“Qarabağ” Liverpula bu tarixdə gedəcək
1188 dəfə oxunub
2
Xocalı faciəsi ilə bağlı məşhur fotodakı İlham Quliyev vəfat edib
1027 dəfə oxunub
3
Azərbaycanlı müəllimə bu geyiminə görə cəzalandırıldı - Şagirlərin qarşısına uyğunsuz paltarda çıxıb
1002 dəfə oxunub
4
“Övladlarım var-dövlətimi əlimdən alıb”
984 dəfə oxunub
5
Magistraturaya sənəd qəbulu başa çatır
959 dəfə oxunub