Artıq müraciət edən vətəndaşın elektrik enerji ilə təchizatı cəmi bir günə həll ediləcək. Bu isə" "ASAN xidmət"lə "Azərişıq" ASC-nin birgə hazırladığı elektron xəritə sistemi vasitəsilə həyata keçirilir. Nəticədə həm vaxt itkisinin, həm də əməkdaşlarla vətəndaş arasında yaranan mübahisələrə son qoyulacaq. Yəni, bununlada şəffaflıq tam təmin olunacaq.
Evinə, bağına və ya tikinti obyektinə işıq çəkdirmək istəyən vətəndaşların işi bir günə həll ediləcək. "Azərişıq" Açıq Səhimdar Cəmiyyətinin yeni elektron xəritə sistemi buna imkan verir.
Bunun üçün isə Səyyar "ASAN Kommunal Xidmət"ə sənəd təqdim etmək lazımdır. Qeyd olunan obyekt ''elektron xəritənin'' məlumat bazasında müəyyən edilir və şəbəkəyə qoşulması üçün məsafə, lazım olan mal-material, işin həcmi və görüləcək işlərin dəyəri müəyyənləşdirilir. Sifarişçi tərəfindən görüləcək işlərin dəyəri ödənildikdən sonra qurumun əməkdaşları göstərilən ünvana yollanır, vətəndaşın obyektinə elektrik enerji xətti çəkilir, abonent üçün sayğac qurlaşdırılır.
Əvvəllər müraciətləri qeydə almaq, araşdırmaq, baxış keçirmək, məsafəni ölçmək, hesablamaq, qoşulma ilə bağlı xərclər, elektrik xəttini çəkmək və elektrik sayğacı quraşdırmaq üçün 10 gün vaxt lazım olurdusa, indi bir iş günü ərzində bu məsələ həllini tapmaqla yanaşı şəffaflıq da tam təmin olunur.
"ASAN Xidmət"lə "Azərişıq" birgə, abonentlərin elektrik enerjisinə ödənişlərinin və borcların araşdırılması, əhali və qeyri-əhali istehlakçısının ad dəyişməsi, üzləşmə aktlarının təqdim olunması, abonentin geniş tarixçəsinin verilməsi, smart kartların bərpası və yenilənməsi və digər xidmətlər göstərir. Bütün bu müraciətlər "bir pəncərə" prinsipi əsasında təmin olunur.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub