SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində və üzərində quraşdırılmış avadanlıqlarda aparılacaq təmir işləri, qaz təchizatı şəbəkəsində aşkar edilmiş qaz sızmalarının ləğvi edilməsi ilə bağlı nəzərdə tutulan işlərin icrası ilə əlaqədar fevralın 6-da saat 09:00 dan 18:00-dək Sabunçu rayonunun Bakıxanov, Maştağa və Sabunçu qəsəbələrində, Xəzər rayonunun Binə və Qala qəsəbələrində, eləcə də Gəncə və Sumqayıt şəhərlərinin bir hissəsinin qaz təchizatında məhdudiyyətlər yaranacaq.
Bildirilir ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq. “Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub