Mənzil əldə etmək istəyənlərin diqqətinə

623
Mənzil əldə etmək istəyənlərin diqqətinə

İnşaat şirkətləri tərəfindən vəd olunan və bildirilmiş şərtlərə uyğun şəkildə mənzilin təhvil alınması üçün vətəndaşlar nəyi bilməli və öz hüquqlarını necə tələb etməlidirlər? 

Ölkəmizdə mənzillərə olan tələb hələ də artmaqdadır. Məhz bu səbəbdən paytaxtda və paytaxta yaxın ərazilərdə tikinti işləri sürətlə davam edir, əmlak bazarına yeni layihələr daxil olur. 

Tikinti şirkətləri, əsasən, nöqtəvi və ya mərhələli tikintiyə üstünlük verir. Nöqtəvi tikintilərdə sakinlərin minimal tələbatını ödəyəcək infrastruktur olmur. 

Mərhələli tikinti obyektlərində isə tikinti şirkəti tam infrastrukturlu kompleks təklif etsə də, binalar ya mərhələli şəkildə təhvil verilir, ya da inşaatın tamamlanmasında çətinliklər yaşanır. 

İnşaat şirkətləri, öz növbəsində müqavilə üzərindən özlərini sığortalayaraq istədikləri şəkildə müqaviləni müştərilərə imzalatmaqla məsuliyyətdən yayınmağa nail ola bilirlər.

Mənzil alışında inşaat şirkətlərinin qurbanı olmamaq üçün nələri bilmək vacibdir?

PMD şirkətinin inşaatını həyata keçirdiyi “Vurğun Residence” layihəsi üzrə məsul şəxs, hüquq işləri üzrə şöbə rəhbəri Fərid Əhmədov inşaat şirkətləri ilə razılaşma zamanı mütləq diqqət yetirəcəyiniz məqamlara aydınlıq gətirdi və məsələyə yanaşmasını bildirdi:

- Sənədləşmə mütləq şəkildə inşaat şirkəti ilə rəsmi şəkildə olmalı, ödənişlər bank üzərindən olmaqla yanaşı, rəsmi bank qəbzləri əsasında sənədləşmələrlə həyata keçirilməlidir. 

Belə ki, bir çox şirkətlər sənədləşmə baxımından öz məsuliyyətlərini öncədən ümumi şəkildə müştəri ilə razılaşdırıb müqaviləni imzalatdırmaqla yarımçıq qalmış və ya inşaatı gecikən binalarda hüquqi baxımdan özlərinə məsuliyyətdən yayınmaq üçün imkan əldə etmiş olurlar.

- İlkin olaraq şirkət seçimi mütləqdir. Mövcud bazarda təcrübəsi olan və maliyyə durumu inşaatın bütün tələblərinə uyğun gələn inşaat şirkətinin seçilməsi birinci addımdır. Belə ki, yalnız güclü şirkətlər vəd verilən tarixdə və bildirdiyi zamana uyğun mənzillərin təhvilini həyata keçirə bilər.

 - Müqavilə üzərindən olan razılaşma şirkətin firma blankında olmaqla bütün şərt və halların sənəd üzərindən öz əksini tapması ilə sənədləşməsi həyata keçirilməlidir. Qeyri-rəsmi kağız üzərindən sənədləşmələrin həyata keçirilməsindən alıcılar yayınmalıdırlar.

- Müqavilə üzərində olan bütün ödəniş öhdəlikləri ƏDV daxil qiymətlər olan hesablaşmalar üzərindən öz əksini tapmalıdır. Belə ki, yalnız bu halda gələcəkdə şirkət tərəfindən əlavə ödəniş öhdəliyinin qarşısını almaq olar.  

- Şirkət tərəfindən bütün müqavilələr rəsmi şirkət möhürü ilə təsdiqlənməli və müştəriyə təqdim olunmalıdır. Keçidlərdə satılan 2 manatlıq “İnşaat şirkəti” və ya “Ödənilib” möhürü satan tərəf heç bir məsuliyyətə cəlb edilə bilməz.

- Alqı-satqı zamanı inşaat şirkəti tərəfindən müqavilə üzərində ümumi cümlələrə yer verilməməli və konkret istifadə olunacaq materialların adı qeyd edilməlidir. Belə ki, yalnız bu halda gələcəkdə ucuzlaşdırılmış material istifadəsi halında alıcı inşaat şirkətindən vəd olunan keyfiyyətli məhsul tətbiqini tələb edə bilər.

- Ödənişlərin bank üzərindən və köçürmə yolu ilə müqavilə üzərindən qeyd olunmuş inşaat şirkətinin hesabına keçirilməsi vacibdir. Bu halda ödənişlə bağlı inşaat şirkəti məsuliyyəti üzərindən ata bilməz.

- Bina və ya mənzilin təhvil vaxtı müqavilədə mütləq halda açıq şəkildə öz əksini tapmalıdır. Yalnız maliyyə vəziyyəti zəif olan şirkətlər ili qeyd etməklə özlərinə gecikdikləri halda ehtiyat müddəti saxlayırlar.

Bu və sadalanmayan digər hallarla bağlı “Vurğun Residence” Yaşayış Kompleksində həyata keçirilən sənədləşməni sağlam və şəffaf şirkət sənədləşməsi kimi örnək gətirən Fərid Əhmədov bütün hüquqi hallarda məlum olmayan şirkətlərlə öncədən hüquqşünasla məsləhətləşməyi və yalnız ondan sonra mənzil əldə etmək istəklərini müştərilərin nəzərdən keçirilməsi zəruriliyini vurğulamışdır.

Bildirmək istəyirik ki, PMD şirkətinin nəzarəti altında həyata keçirilən “Vurğun Residence” Yaşayış Kompleksi şəffaf sənədləşmə və müqavilə üzərində tutduğu vədləri həyata keçirməklə nüfuz qazanmış şirkət kimi tanınmış və öz müştəriyönümlü təcrübəsini əmlak bazarında təmin etməkdədir.     

Xəbər lenti