Azərbaycanda boyaq fabriki gələn ilin sonunda istifadəyə veriləcək.
Mynews.az xəbər verir ki, “Azərxalça” ASC-dən Fins.az verilən məlumata görə, söhbət Sumqayıt Sənaye Parkında “Azərxalça” ASC-nin İqtisadiyyat Nazirliyi ilə birlikdə inşasını planlaşdırdığı Əyirici Boyaq Fabrikindən gedir.
Hazırda bu fabrikin 2018-ci ilin sonuna qədər istifadəyə verilməsi müzakirə predmetidir. Artıq bu istiqamətdə müəyyən işlər də görülür.
Belə ki, respublikanın ayrı-ayrı rayonlarında yerləşən qoyunçuluq təsərrüfatlarının yun məhsuldarlığı öyrənilir.
2018-ci ilin may ayından etibarən bir il ərazində Azərbaycanın 52 rayonundan 1500 ton yun tədarük olunması nəzərdə tutulur.
Fabrikdə mövsümi yun və bitki tədarükçülərindən əlavə, 80 nəfər daimi iş yeri ilə təmin ediləcək. Gələcəkdə bu fabrikdə istehsal olunacaq məhsul həm “Azərxalça”nın filiallarında, həm respublikanın digər özəl xalçaçılıq müəssisələrində, həm də ümumilikdə müvafiq sənaye müəssisələrində istifadə olunacaq.
Sumqayıt Sənaye Parkında inşa ediləcək fabrikdə qəbul edilən çirkli yun yuyulub müəyyən proseslərdən keçəndən sonra bir hissəsi ipliyə sərf olunacaq. Fabrikdə 1500 ton yundan təxminən 250 tona yaxın məhsul almaq planlaşdırılıb.
İstehsalın digər istiqaməti isə prosesdən alınan 320 ton təmiz yundur ki, bu da xammal kimi xarici bazara çıxarılacaq. Hazır məhsul təkcə “Azərxalça” ASC-nin filiallarına deyil, özəl xalçaçılıq müəssisələrinə də satılacaq.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub