20 may tarixində Hacıqabul rayonunda, Bakı-Qazax magistralının 112-ci kilometrliyində baş vermiş dəhşətli qəzada 5 nəfərin öldüyü avtomobili idarə etmiş Əmiarslan Əmiraslanın fotolarını təqdim edirik:
Sonxeber.az-ın məlumatına görə, qəzada ölən tələbələrin hamısı İmişli rayon sakinləri olan, Maliyyə-İqtisad Kollecinin tələbələri olub. 2000-ci il təvəllüdlü Əmiarslan Əmiraslanlının fotoları:
Xatırladaq ki, Baklı-Qazax magistralının 112-ci kilometrliyindəki döngədə aşan "Hyundai Accent" markalı, 99 LD 773 dövlət nömrə nişanlı avtomobildə vıfat edən 5 gəncin hamısı İmişli rayon 5 saylı orta məktəbin məzunları olub. Onlar məktəbi 9-cu sinifdən bitirərək Bakıdakı Maliyyə İqtisad Kollecinə daxil olublar. Bakıda bir yerdə qalan dostlar altıncı-bazar günləri dərs olmadığından rayona ailələrinin yanına yola düşməyə qərar veriblər. Lakin Hacıqabul şəhəri yaxınlığında sürətlə hərəkət edən avtomobil döngəyə daxil olarkən idarəetmədən çıxaraq aşıb və 5 gənc hadisə yerindəcə vəfat edib.
Qəzada ölənlərdən ikisi xalaoğludur. Onlar əslən rayonun Cəfərli kəndindəndir.
Artıq vəfat edən tələbələrin hamısı dəfn edilib.




1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub