Tiflisdə fəaliyyət göstərən “Lanset” klinikasının sahibi Fərman Ceyranov saxlanılıb.
Mynews.az-ın Lent.az-a istinadən məlumatına görə, bu barədə yerli KİV məlumat yayıb. Ceyranov cinayət məcəlləsinin 180-ci maddəsi (dələduzluq) ilə günahlandırılır.
Xeber.ge-nin Gürcüstan İctimai Televiziyasına istinadən məlumatında isə deyilir ki, cinayət işində iki nəfərin adı keçir.
Məlumata görə, klinikada 2016-cı ildə qanunsuz qaraciyər transplantasiyası əməliyyat baş tutub. Əməliyyat uğursuz olduğundan xəstə dünyasını dəyişib.
Lent.az-ın əmkadaşı adıgedən saytın redaktoru Amil Hacıyevlə əlaqə saxlayıb. Amil bəyin bildirdiyinə görə, Gürcüstan hüquq-mühafizə orqanlarındakı mənbə xəbəri təsdiqləyib. Fərman Ceyranova qarşı bu gün rəsmi ittiham irəli sürüləcək.
Hüquq mühafizə orqanlarından verilən məlumata görə, klinikada icazəsiz əməliyyatlar keçirildiyinə görə bir müddət əvvəl “Lanset” in lisenziyası geri alınıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub