Yasamal rayon Polis İdarəsində aparılan yoxlamanın yekunu olaraq istintaq şəbəsinin rəisi Zaur Şirinov və şöbənin müstəntiqləri Seymur Hidayətzadə, Elnur Abdullayev, Cavid Məmmədov işdən azad olunaraq sərəncama göndərilib.
Mynews.az Ölkə.Az-aistinadən xəbər verir ki, bu barədə məlumatı istiqlal.az saytı yayıb.
Məlumata görə, S.Hidayətzadə deputat Elmira Axunovanın oğlunun adı keçən dələduzluq işini aparan müstəntiq olub.
Bir müddət əvvəl youtube portalında Seymur Hidayətzadənin qalmaqallı audio yazısı çıxmışdı. Məhz bu səs yazısından sonra DİN- də daxili yoxlama aparılıb və Seymur Hidayetzadəyə xidməti uyğunsuzluq barədə cəza verilib və barəsində Yasamal rayon Prokurorluqunda araşdırılma başlanılıb.
Mənbənin məlumatına görə, 2013-cü ilin iyul ayında onlarla şəxsə qarşı külli miqdarda dələduzluq edən Elnur İbrahimovu Seymur Hidayətzadə polis idarəsindən buraxaraq ölkədən qaçmasına əlverişli şərait yaradıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub