Son zamanlarda dünya ölkələri ilə yanaşı Azərbaycanda da "stress çarxı" adlanan oyuncaq trend halına gəlib. Bir çox ölkələrdə demək olar ki, insanlar əl-əl bu oyuncağı axtarır. Belə hesab olunur ki, bu oyuncaq stresi azaldır, insanı sakitləşdirir. Bu həqiqətənmi belədirmi? Əməkdaşlarımız araşdırmağa çalışıb.
Adı spinnerdir, stress çarxı da deyirlər. Son vaxtlarda uşaqdan böyüyə hər kəsin əlində görmək mümkündür.
Deyilənə görə bu oyuncaq stress və həyəcanı dəf etməyə kömək edir.
İnternetdə bu oyuncaq haqda yazılarda bildirilir ki, stress çarxı həm barmaqların hərəkətliliyini, həm də beynin fəaliyyətini yaxşılaşdırmağa kömək edir. Dırnaq yemə, barmaq xırçıldatma kimi vərdişlərdən azad olmağa kömək edir.
Spinnerlər müxtəlif qiymətə satılır. İndi demək olar ki, bütün oyuncaq mağazaları və dəftərxanalarda ən çox satılanlar arasındadır.
Psixoloqlar isə deyir ki, bu oyuncağa əyləncə kimi yanaşmaq daha məqsədə uyğundur, nəinki stress atmaq üçün. Çünki çox istifadə fəsadlar da verə bilər.
Buna görə də valideynlər uşaqlarının spinnerlə daha çox vaxt keçirməsinə yol verməsinlər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub