Şəxsi həyatında baş verən qalmaqallarla gündəmə gələn azərbaycanlı oliqarx Fərhad Əhmədov villasının görüntülərini paylaşıb.
Mynews.az missiya.az-a istinadən xəbər verir ki, oliqarx İsmayıllı rayonunda yerləşən villasının görüntülərini öz “Facebook” səhifəsində paylaşıb.
Görüntülərdə onun villasının xüsusi dizayn edildiyi öz əksini tapıb. Villanın ətrafında böyük göl və torpaq sahəsi var.
Qeyd edək ki, Fərhad Əhmədov keçmiş arvadı Tatyana Əhmədova ilə qalmaqal yaşayır. Oliqarx öz məxfi bəyanatında Tatyananı çoxsaylı eşq xəyanətlərində, həmçinin oğlunun sinif yoldaşının qardaşı ilə ittiham etmişdi.
London Ali Məhkəməsinin qərarına görə, Azərbaycanlı oliqarx Tatyana Əhmədovaya 453 milyon avro ödəməlidir. Bu boşanma prosesi Böyük Britaniyada ən bahalılardan biridir. Xatırladaq ki, bir neçə gün əvvəl dünya mətbuatı oliqarxın ona xəyanət edən arvadının fotosunu yaymışdı.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub