Bakıdakı yanacaqdoldurma məntəqələrinin fəaliyyətinə münasibət birmənalı deyil. Benzinin keyfiyyətinin aşağı olması, tərkibində müəyyən qatqıların olması, avtomobilin çəninə vurulan benzinin miqdarı sürücülərdə inamsızlıq yaratmaqla yanaşı, ciblərinə də təsirsiz ötüşmür.
Qeyd edək ki, Azərbaycanda "92" markalı benzin Heydər Əliyev adına Neftayırma Zavodunda istehsal olunur. "95" və "98" markalı benzinlər isə xaricdə istehsal edilir. Həmin benzinlərin keyfiyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin laboratoriyasında araşdırılır və o "Avro-4" standartlarına uyğunluğu yoxlanılır.
Mynews.az xəbər verir ki, məsələ ilə bağlı metbuat.az-a açıqlama verən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı yanacaqdoldurma məntəqələrində aparılan yoxlamalardakı vəziyyətdən danışıb: "Yanacaqdoldurma məntəqələrində planlı yoxlamalar aparılmır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il ərzində dayandırılması ilə bağlı qanun qüvvədədir. Qanun 2017-ci ilin sonuna qədər qüvvədə olacaq. Bu müddət ərzində yoxlayıcı orqanlar və Standarlaşdırma Komitəsi yanacağın keyfiyyəti ilə bağlı planlı yoxlamalar aparmayacaq. Əgər şikayət daxil olarsa, məsələnin müvafiq qaydada araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndərilir.
"Qaynar xətt"ə son 1 ildə məsələ ilə bağlı şikayət daxil olmayıb. Şikayət daxil olarsa, sahibkar yanacağın keyfiyyətinin aşağı olması ilə bağlı məlumatlandırılır. Əgər keyfiyyətin aşağı olması halı aşkar olunarsa, həmin sahibkar barədə müvafiq sənədlər aidiyyəti qurumlara göndərilir. 2018-ci ilin əvvəllərindən etibarən yoxlamalar müasir praktikaya uyğun şəkildə həyata keçiriləcək".
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub