“İstər mətbuatda, istərsə də xütbələrdə Azərbaycandan başqa digər ölkədə baş verən hər hansı problemə toxunmaq, o barədə danışmaq yolverilməzdir”.
Mynews.az Report-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan ayı ilə bağlı keçirilən iclasda axund və imamlara, o cümlədən digər din xadimlərinə müraciətdə deyib.
O, din xadimlərinə xəbədarlıq edərək qeyd edib ki, bundan sonra din xadimləri bu məsələlərdə qəti şəkildə diqqətli olmalıdırlar: “Ancaq Azərbaycanda baş verənlərlə bağlı danışın, fikirlərinizi bildirin. Bundan başqa, hər hansı bir ölkədə, fərqi yoxdu qonşu ya uzaq ölkə olsun, bu barədə danışmayın, o ölkələrin işinə qarışmayın”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub