Azərbaycanın ali məktəblərinə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatıb.
Mynews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, abituriyentlərin elektron ərizə qəbulu bu gün saat 11:00-da yekunlaşıb.
İlkin məlumatlara əsasən, həmin imtahanlarda iştirak etmək üçün I-IV ixtisas qrupları üzrə 62028 abituriyent (56347-si Azərbaycan, 5681-i Rus bölməsi üzrə) qeydiyyatdan keçib. Onlardan 23509-u I, 17914-ü II, 16160-ı III, 4445-i isə IV ixtisas qruplarını seçib. Müəyyən olunmuş müddətdə elektron ərizələrini təsdiq etməyən (etdirməyən) abituriyentlər imtahana buraxılmayacaqlar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub