Bu gün “Xəzər TV”-də yayımlanan “Hər şey daxil” verilişinin çəkiliş komandası karatenin “Brilyant oğlanı” Rafael Ağayevin evində qonaq olub.
Mynews.az BAKU.WS-ə istinadla xəbər verir ki, R.Ağayev qonaqları üçün pomidor-yumurta bişirib. Mətbəxdə o qədər də məharətli olmadığını söyləyən idmançı çox həyəcanlı olduğunu bildirib.
Ailəsi və yenicə doğulmuş oğlu haqqında danışan idmançı hər gün oğlunu görmək üçün evə tələsdiyini, ata olmağın gözəl hiss olduğunu qeyd edib. Sonda Rafael Ağayev hazırladığı yeməyi qonaqları ilə birlikdə nuş edib.
Qeyd edək ki, Rafael Ağayev karyerası ərzində 5 dəfə Dünya, 10 dəfə isə Avropa çempionu adını qazanıb. Karateçimiz həmçinin 2013-cü ildə keçirilən Dünya Oyunları və Dünya Döyüş Oyunlarında da qızıl medal qazanıb. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının isə qızıl medalçısıdır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub