Xəbər verdiyimiz kimi, "Binə" Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın bacısı Səbinə Məmmədovanın evində dəhşətli yanğın baş verib. Yanğın nəticəsində evdə mühafizəçi işləyən, 41 yaşlı Natiq Cabbarov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, N. Cabbarov ötən gün xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Kəbirə Məmmədovanın qardaşı oğlu Valeh Məmmədov sonxeber.az-a açıqlamasında bildirib ki, yanğından xəbərsizdir:
"Mən xaricdə idim, Bakıya bu gün gəlmişəm. Bibimlə yaxın deyilik. Bir-birimizin evinə çox az hallarda gedib-gəlirik. Mühafizəçiyə Allah rəhmət eləsin! Qalanlara can sağlığı versin! Hər şey yaxşı olacaq".
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub