Türkiyəyə əməliyyata xəstə aparmaq üçün Bakıda ofis tutan həkim dələduz çıxıb.
Mynews.az-ın Xəzər TV-yə istinadən verdiyi məlumata görə, həkimə inanıb əməliyyata lazım olan 30 min dolları düzüb-qoşan pasiyent 3 ildir ortalıqda qalıb. Nə əməliyyat həyata keçirilib, nə də pul qaytarılır.
Sumqayıtda yaşayan 46 yaşlı Səidə Rzayeva böyrək çatışmazlığından əziyyət çəkir. 3 il əvvəl həyat yoldaşı onun müalicə və müayinəsi üçün Bakıda bir iş mərkəzində ofisi olan Ramiz Quluzadə adlı həkimlə tanış olub. Ramiz Quluzadə əməliyyatın Türkiyədə keçiriləcəyini və bunun üçün 30 min dollar lazım olduğunu deyib.
Türkiyədə müayinədən sonra Ramiz Quluzadə yenidən hərəkətə keçib, pulun qalanını da onlardan alıb. Əməliyyat baş tutmayanda isə ailə narahat olaraq Ramiz Quluzadə ilə tez-tez əlaqə saxlayıb. Lakin bir müddət sonra həkimi tapmaq mümkün olmayıb. Səidə Rzayevanın həyat yoldaşı Cahangir Rzayev deyir ki, arada internet vasitəsi ilə əlaqə saxlasalar da, Ramiz Quluzadə bir müddət yalançı vədlər verdikdən sonra yoxa çıxıb.
Cahangir Rzayev deyir ki, əməliyyat üçün lazım olan vəsaiti çox çətinliklə əldə edib. Hətta anası da pensiyasını toplayaraq gəlininin əməliyyatı üçün ona verib.
Rzayevlər ailəsi 3 ildir əlacsız qalıb. Əgər həkim pullarını qaytarsa, 3 ildir gözləyən xəstə əməliyyat olunaraq tam sağala bilər. Hadisə ilə bağlı aidiyyəti qurumlara da müraciət edilib. Xətai Rayon Polis İdarəsində bununla bağlı araşdırma aparıldığı bildirilib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub