“Mingəçevir şəhərindəki “Bazarstore” filialının da fəaliyyətini dayandırdığı bildirilir.
Mynews.az “Marja”ya istinadən xəbər verir ki, filial mayın 15-dən bağlanıb.
Digər bir məlumata görə, Mingəçevirdə “Bazarstore” şöbəsinin bağlanması supermarketin yerinin əlverişsiz olması ilə bağlıdır. Daha yaxşı yer müəyyən edildikdən sonra şəbəkə şəhərdə fəaliyyətini bərpa edə bilər.
Qeyd edək ki, bundan əvvəl Xaçmaz şəhərindəki “Bazarstore” filialı fəaliyyətini dayandırmışdı.
Mingəçevirdə “Bazarstore”un bağlanmasından sonra şəbəkənin şöbələrinin sayı 23-ə düşüb.
Mayın 17-də isə Abşeron rayonu, Şamaxı şosesi, Hökməli dairəsi yaxınlığında “Xırdalan Bazarstore” istifadəyə verilmişdir. Artıq bu şöbənin də yerinin əlverişsiz olduğu bildirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub