Bu gecə müqəddəs Ramazan ayının ilk gecəsi - niyyət gecəsidir.
Mynews.az interaz-a istinadən xəbər verir ki, gecənin əvvəlindən sübh azanına qədər istənilən vaxt qəlbdə niyyət etməklə hər bir müsəlman Ramazan ayına başlamış olur. Niyyəti həm hər ayrıca gün üçün, həm də bütün ay üçün etmək olar. Niyyət belə edilir (bütün Ramazan ayı üçün): "Bir ay Ramazan ayının orucunu tuturam, vacib qürbətən iləllah". Belə deyilsə, artıq digər gecələr niyyət edilməsinə lüzum yoxdur.
Hər gün üçün niyyət isə belə edilir: "Sabah üçün Ramazan orucu tuturam, vacib qürbətən iləllah". Belə niyyət edilirsə, o zaman niyyət hər axşam olmalıdır.
Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvaya əsasən, bu il Ramazan ayı Azərbaycanda miladi təqvimlə mayın 27-də başlayır.
Bildirək ki, Ramazan ayı müsəlman təqviminin doqquzuncusudur. Bu ay ərzində müsəlmanlar vacib buyurulmuş oruc tuturlar.
İnterAz-ın kollektivi bütün İslam aləmini o cümlədən Azərbaycan xalqını Allahın rəhmət və bərəkət ayı - Ramazının başlanması münasibəti ilə təbrik edir, bu ayda edilən bütün duaları Allah dərgahında qəbul olunmasını diləyir.
Ramazan ayınız mübarək olsun!
Sabah İmsak vaxtı 03.19; Sübh azanı 03.34; Şam namazı 20.17
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub