İnternetdə izlənmə rekorları qıran bəylə gəlinin tort kəsmə mərasimi zamanı baş verənlərin təfərrüatları məlum olub. Belə ki, adətə görə, öncə gəlin tortdan bir dilim bəyə yedirib. Eyni hərəkəti isə qarşı tərəfdən gözləsə də, bəy tort dilimini nümayişkaranə şəkildə özü yeyib. Sonra da öz hərəkətinə gülməyə başlayıb. Baş verənlərdən pərt olan gəlin, gülümsəməyə çalışaraq, özü tortu yeməyə başlayıb.
Mynews.az xəbər verir ki, bəyin həmkəndlilərinin Brifinq.com-a verdiyi məlumata görə, Gürcüstanın Qardabani rayonu Muğanlı kəndində baş tutan toyda bəyin qəribə davranışlarına səbəb gəlinin onunla evlənmək istəməmisidir. Qızı zorla qaçıran oğlanın uzun müddət Rusiyada yaşadığı və rus qadınla evli olduğu bildirilir. Uzun müddət qız oğlanla evlənmək istəməyib. Lakin ailəsinin təkidindən sonra qız evlənməyə məcbur olub. Muğanlı sakinlərinin dediyinə görə, toyda bəyin gəlinə qarşı lovğa hərəkətlərinin səbəbi məhz gəlini "cəzalandırmaq" olub.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub