Ötən il «Bakıda yeni "avtoş" peyda olub» başlıqlı xəbər paylaşanda çoxları irad tutmağa çalışdı ki, həmin görüntülər qapalı ərazidə çəkilib.
Yəni, guya "BMW" markalı, 10 GJ 011 dövlət nömrə nişanlı avtomobilin sürücüsü avtomobil duracağından başqa heç yanda təhlükəli şou göstərmir. Amma Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, "avtoş" sürücü Bakıda yol hərəkəti qaydalarını pozmaqla tanınan biridir. Sosial şəbəkələrdə kiçik bir araşdırma zamanı maraqlı videoal ortaya çıxdı. Həmin görüntülərin dəqiq tarixi məlum olmasa da, görünən budur ki, 10 GJ 011-in sürücüsü qapalı ərazidə öyrəndiklərini ümumi yollarda da tətbiq edir. Xüsusən də, onun toy karvanlarında təhlükəli manevrlər etməsi, asfaltı «yazması», qadağan olunmuş səs siqnallarından istifadə etməsi, eyni nömrəni başqa avtomobilə bağlaması hər şeyin o qədər də "qapalı dairədə" olduğunu göstərmir. Maraqlıdır ki, yol polisi bu sürücü ilə bağlı konkret tədbir görə bilmir. Ötən il yayılan materialdan sonra ortaya çıxan mənzərə bunu deməyə əsas verir…
Təqdim olunan videolar bu sürücü haqqında fikir formalaşdıra bilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub