"Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da ürək-damar xəstəliklərindən ölənlərin sayı digər xəstəliklərdən ölənlərin sayından daha çoxdur".
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev deyib.
O bildirib ki, Azərbaycanda da bu xəstəliklər ölümə səbəb olan xəstəlik arasında birinci yeri tutur:
"Dünyada olduğu kimi, Azərbaycanda da ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara kifayət qədər çox rast gəlinir. Ona görə də ürək-damar xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi hər zaman aktuallığını saxlayır".
K.Musayev deyib ki, ürək-damar xəstəliklərinin geniş yayılmasının səbəbləri müxtəlifdir:"Lakin bunun ən əsası iki səbəbi var. Bunlardan biri getdikcə daha çox passiv həyat tərzinə keçməyimiz, yemək-içmək vərdişlərimiz və siqaretdən istifadədir. Əgər anadangəlmə ürək qüsurlarının diaqnozunu vaxtında təyin etmək mümkün olarsa, bu xəstəliyin qarşısını da vaxtında almaq olar. Anadangəlmə ürək qüsuru kardiologiyanın xüsusi sahəsidir. Uşaqların anadangəlmə ürək qüsuru ilə doğulmasının səbəbləri bu gün tibb elminə tam məlum deyil. Lakin bəzi xəstələrdə müəyyən səbəbləri görə bilirik. Bunlardan biri kimi, ananın hamiləlik zamanı müxtəlif infeksion xəstəliklər keçirməsini göstərmək olar. Lakin bir çox hallarda səbəb tapıla bilmir".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub