"Neftçi"nin mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşib.
Mynews.az 1news.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Azərbaycanın tanınmış idman jurnalisti və şərhçisi Rüstəm Əfsərli təyin olunub. Onun təyinatı iyunun 1-də rəsmən elan olunacaq.
Əfsərli bunadək "Simurq" və AZAL-da işləyib. 2015-ci ildə "CBC Sport" yaranandan isə onun sıralarında olaraq şərhçilər qrupuna rəhbərlik edirdi. O, eyni zamanda həmin telekanalda İtaliya futbolu haqda efirə gedən "Kalçomaniya" teleproqramının müəllifi və aparıcısı idi.
Xatırladaq ki, "Neftçi"nin bundan öncəki mətbuat xidməti rəhbəri də televiziyaçı - keçmiş ANS-çi Mehman Rəsulov olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub