Ağəlinin 12 yaşındakı sərgüzəştləri həmin "Porsche", "paçka-paçka" pullar və... - FOTOLAR

1433
Ağəlinin 12 yaşındakı sərgüzəştləri həmin "Porsche", "paçka-paçka" pullar və... - FOTOLAR

Məmur və biznesmen övladları dəfələrlə etdikləri özbaşınalıqlara görə mətbuatın gündəmini bəzəməyi bacarıblar.

Çoxları onların valideyn tərəfindən doğru tərbiyə almadıqlarını deyir. Bu səbəbdən onlar bəzən avtoxuliqan, bəzən qatil, bəzən də… Yəqin ki, siyahını uzatmaq elə də çətin deyil.

Bunlardan biri də, 16 yaşında ikən qanunsuz olaraq idarə etdiyi “Porsche” markalı avtomobillə iki uşaq anası Xəyalə Məmmədovanı vurub öldürən Ağəli Fərəcovdur. Uşağın törətdiyi cinayətdən sonra atası, işi adamı Füzuli Fərəcov da gündəmə gəldi. Ata Fərəcovun oğluna düzgün tərbiyə vermədiyi ön plana çıxarıldı.

Mynews.az xəbər verrir ki, Yenicag.az saytı isə Ağəlinin 12-13 yaşlarında çəkdirdiyi şəkilləri əldə edib. Fotolara baxanda da bilinir ki, bala Fərəcovun mayası lap uşaq ikən korlanıb.

Bəs görəsən, problemi necə həll etmək olar? İmkanlı ailələr övladlarını necə tərbiyə etməlidir ki, gələcəkdə acınacaqlı mənzərə ilə qarşılaşmasınlar?

Saytımıza danışan psixoloq Vəfa Əkbər maraqlı fikirləri ilə yadda qalıb. O, məsələyə belə münasibət bildirib:

vefa

“Bilirsiniz, əslində problem nədən qaynaqlanır? Valideyn nədən doymayıbsa, övladını o sahəyə yönəltmək istəyir. Misal üçün, oxumamış valideyn övladının təhsil alması üçün dəridən-qabıqdan çıxır, gecəsini gündüzünə qatır. Gec ailə həyatı quran valideyn övladının vaxtında evlənməsini istəyir və s. Mən sadəcə, həmin ailənin psixoloji vəziyyətini deyə bilərəm. Böyük ehtimalla valideyn düşünüb ki, uşağım heç nədən korluq çəkməsin. Yaxşı bir atalar sözümüz var, deyir, əzizim əzizdi, tərbiyəsi ondan da əzizdir. Biz maksimum çalışmalıyıq ki, uşaqlar təhsilə, təlimə, inkişafa yönəlsin. Amma təəssüflər olsun ki, bəzi valideynlər əksini düşünür. Amma düşünmür ki, uşağın müəyyən yaş həddi var. Pulla təması məhz o yaşa çatandan sonra olmalıdır. Uşaq böyüdükdən sonra pulla artıq hər şeyi almağın mümkün olduğunu düşünür. Və başlayır düşünməyə ki, oxudum, amma bu, mənə pul vermir, amma filan şey pul verir. Artıq müəyyən şərti istəklər başlayır. Uşaq valideynə “sən mənə pul versən, dərsimi oxuyacam” deyir. Təbii ki, bu da gətirib uşağın qudurğanlığına çıxarır. Burada uşağın heç bir problemi yoxdur. Uşaq ağ vərəqdir, nə yazarıqsa, onu da oxuyarıq. Övlad valideynlərin şah əsəridir. Əgər bu gün onlardan narazıyıqsa, deməli, rəssamlar mükəmməl deyillər. Valideynlər müəyyən tərbiyə vaxtını qaçırıblar. Onlara sadəcə, seyr etmək qalıb ki, şah əsərlərinin nəyə qadir olduqlarını görsünlər”.

Ağəlinin 12 yaşındakı sərgüzəştləri: həmin “Porsche”, “paçka-paçka” pullar və… – Fotolar

  Ağəlinin 12 yaşındakı sərgüzəştləri: həmin “Porsche”, “paçka-paçka” pullar və… – Fotolar   Ağəlinin 12 yaşındakı sərgüzəştləri: həmin “Porsche”, “paçka-paçka” pullar və… – Fotolar   Ağəlinin 12 yaşındakı sərgüzəştləri: həmin “Porsche”, “paçka-paçka” pullar və… – Fotolar   Ağəlinin 12 yaşındakı sərgüzəştləri: həmin “Porsche”, “paçka-paçka” pullar və… – Fotolar   Ağəlinin 12 yaşındakı sərgüzəştləri: həmin “Porsche”, “paçka-paçka” pullar və… – Fotolar   Ağəlinin 12 yaşındakı sərgüzəştləri: həmin “Porsche”, “paçka-paçka” pullar və… – Fotolar            

Xəbər lenti