Lənkəranın ucqar dağ kəndində çalışan tarix müəlliminin dərsi rep halına gətirməsi dünəndən sosial şəbəkələrdə ən çox müzakirə olunan videolardan biridir.
Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bir müddət əvvəl "on/off” videosu ilə fenomen olan Gəgiran kənd orta məktəbinin müəllimi Həbib Əlizadə şagirlərinə tarixi sevdirmək üçün maraqlı addımlar atır. Belə üsullardan biri də xronologiyanı rep halına salmaq olub.
Odur ki, müəllimin Cümhuriyyətimizin 99 illiyinə həsr etdiyi replə keçən tarix dərsi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.
Həbib Əlizadə açıqlamasında dərsləri maraqlı etmək üçün müxtəlif metodlardan istifadə etdiyini bildirib:
"Ümumiyyətlə, tarix dərsi bir çox hallarda sıxıcı olur. Bu dərsi daha əyləncəli etmək üçün bu üsulun effektli olduğunu düşünürəm. Təbii ki, dağ kəndində çətinliklər çoxdur. Amma şagirdlərim layihələrimə sevə-sevə qoşulurlar.
Yəni, ən böyük dəstəyim və motivasiya mənbəyim şagirdlərimdir. Təbii ki, paylaşıb dəstək olan insanlar məni çox motivasiya edir. İstərdim ki, gələcəkdə digər dağ kəndlərindəki müəllimlərlə maraqlı layihələr keçirək. Müasir dərsin tələbi əyləncəli öyrətməkdir. Həmişə replə dərs etmirik. Başqa metodlardan da istifadə edirik”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub