Ankaranın Pursaklar bələdiyyəsi ərazisində Qarabağ Parkının açılışı olub.
Mərasimdə Azərbaycanın və Türkiyənin deputatları, ziyalılar, türk dünyasının müxtəlif bölgələrindən tanınmış simalar, QHT, KİV nümayəndələri, yerli sakinlər iştirak ediblər.
Pursaklar bələdiyyəsinin sədri Selcuk Çetin çıxış edərək diqqətə çatdırıb ki, Qarabağ Parkının salınması Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın təşəbbüsü ilə gerçəkləşib.
Deputatlar Qənirə Paşayeva, Elman Nəsirov, Əmrullah İşlər və başqaları çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin tarixi, bu bölgənin və ona bitişik rayonların təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılması, problemin həlli istiqamətində Azərbaycan dövlətinin göstərdiyi sülh səylərindən danışıblar. Çıxışçılar qeyd ediblər ki, Pursaklar bələdiyyəsi tərəfindən Qarabağ Parkının salınması Türkiyə xalqının Azərbaycana göstərdiyi dəstəyin bariz nümunəsidir.
Çıxışlarda Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı istiqamətində səyləri qeyd edilib.
Sonra türkiyəli deputatlara Heydər Əliyev Fondunun hazırladığı muğam musiqisinin kataloqunu və Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar hədiyyə olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub