Mynews.az bildirir ki, Azərbaycan Mətbuat Şurasının sədri, Millət Vəkili Əflatun Amaşov 28 may Respublika günü münasibəti ilə sosial şəbəkə vasitəsilə Azərbaycan xalqını təbrik edib.
“Dünyada 5 minə yaxın xalq var ki, onun da yalnız 200-ü öz dövlətini qura bilib. Azərbaycan xalqının bəxtinə tarixin müxtəlif dövrlərində nəinki öz dövlətini, hətta dövlətlərini qurmaq qisməti yazılıb. Çox təəssüf ki, ərazicə indiki mövcudiyyətimiz həmin dövlətlərin areallarından çox-çox məhdud səciyyə daşımaqdadır. Lakin bizlər varıq və bu varlığa görə ən əsası 28 May tarixinə borcluyuq.
Müasir Azərbaycan Respublikası 28 may 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi, dövlətçilik ruhunun mirasıdır. Xalq Cümhuriyyəti isə qədim tarixə əsaslanmış dövlətçiliyimizin bərpa təntənəsi, zəfəridir. Tanrı bizlərə bu zəfər təntənəsini yaşamaq anını nəsib etdiyi üçün xöşbəxtik. Xöşbəxtliyimizin 99 ilini tamamlayır, 100 illiyinə doğru inamla addımlayırıq. Allah addımlarımızı iti, yolumuzu açıq eləsin."
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub