Anasının qətlində şübhəli bilinən Mingəçevir şəhər sakini axtarışa verilib.
Mynews.az "Report"a istinadən bildirir ki, 1994-cü il təvəllüdlü Nail Əlövsət oğlu Məhərrəmovun tapılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Nail ailənin ortancıl oğludur və əvvələr məhkumluq həyatı yaşayıb. Hadisədən öncə dostlarına və yaxınlarına xarici ölkələrdən birinə mühacirət etmək niyyətində olduğunu bildirib.
Hadisə mayın 27-də, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 10, mənzil 3-də baş verib. 1967-ci il təvəllüdlü şəhər sakini Kəmalə Məhərrəmova evində ölü vəziyyətdə taplıb. O, uzun müddət əczaçılıqla məşğul olub. Həyat yoldaşı Əlövsət Məhərrəmovu təxminən 5 il öncə itirən qadının 3 oğlu var. Hadisə qeydə alınan zaman onlardan ikisinin evdə olmadığı bildirilir.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi açılıb.

1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub