Mayın 25-də gcə saatlarında Bakının Qaradağ rayonu ərazisində - Lökbatan dairəsində baş vermiş dəhşətli yol qəzasında vəfat edən 28 yaşlı Mikayıl Məmmədovun bu gün yas mərasimi keçirilib.
Mynews.az lent.az-a istinadən bildirir ki, mərhumun yaxınlarının dediklırinə görə, Mikayıl nişanlı imiş və Ramazan ayından sonra toyu olacaqmış. Məlum hadisədən 3 gün əvvəl isə o, nişanlısı ilə kəbin kəsdiribmiş. Rəsmi nikah sənədi isə iyulda keçiriləcək toyda imzalanmalı imiş. 28 yaşlı Mikayıl toya görə evi təmir də etdiribmiş.
Yaxınlarının dediyinə görə, Mikayıl atasız böyüyüb və anası ilə bacısına yeniyetmə yaşlarından işləyərək baxıb. Çox zəhmətkeş və ədəbli gənc kimi onu tanıyanlar tərəfindən sevilən Mikayıl 10 ilə yaxın Xətai rayoundakı "Sarıqaya" restoranında işləyib. Bir neçə gün əvvəl isə o, Qaradağ rayonundakı zavodlardan birinə işə düzəlib. Hələ rəsmən işə qəbul olunmayan Mikayıl hadisə baş verən gün yoldaşları ilə işdən şəhərin mərkəzinə doğru gəlirmiş. Dəhşətli qəza da bu zaman baş verib. Maraqlıdır ki, hadisə vaxtı sürücü ilə onun arxasında, yəni sol oturacaqda əyləşən şəxs yüngül xəsarət alsa da, sağ ön oturacaqdakı Mikayıl və sağ arxa oturacaqdakı 36 yaşlı Rüfət Paşayev hadisə yerində vəfat edib.


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub