Azərbaycanda qanunsuz abort etməyə görə daha ağır cəzaların tətbiqi nəzərdə tutulur.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Məcəllənin 141-ci (Qanunsuz abort etmə) maddəsinə təklif olunan dəyişikliklərə görə, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etməyə görə cərimə 500 manatdan 1000 manatadək, xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməyə görə 1000 manatdan 1500 manatadək, bu əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda isə 2000 manatdan 3000 manatadək məbləğdə müəyyən edilir.
Hazırkı məcəllədə isə eyni əməllərə görə cərimələr müvafiq olaraq 200, 300 və 300 manatdan 500 manatadək məbləğdə müəyyən edilib.
Qeyd edək ki, məcəlləyə təklif edilən dəyişikliklərin Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub