Türkiyədə Xalqların Demokratik Partiyasından (HDP) deputat seçilən Besimə Qönçə həbs edilib.
Mynews.az xəbər verir ki, APA-nın məlumatına görə, silahlı terror təşkilatına üzvlükdə və terror təbliğatında ittiham edilən qadın deputat daha əvvəl həbs edilsə də, mayın 3-də azadlığa buraxılmışdı. Lakin prokurorluq bununla razılaşmamış və qərara etiraz etmişdi. Mayın 8-də məhkəmə Besimə Qönçənin yenidən saxlanılması barədə qərar qəbul etmişdi. Deputat 20 gün sonra Batman hava limanında saxlanılıb. Məhkəmə qarşısına çıxarılan Besmiə Qönçə barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, o, azadlığa buraxılarkən ölkəni tərk etməsinə qadağa qoyulmuşdu.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub