Bakı şəhər Suraxanı rayon Hövsan qəsəbəsində yaşayan bir qrup sakin buradakı 263 saylı uşaq bağçasının həyətində vəhşi heyvanların dolaşdığını və buna görə narahatlıq keçirdiklərini bildiriblər.
Mynews.az xəbər verir ki, lent.az-a müraciət edən sakinlər deyiblər ki, Hövsan qəsəbəsində F.Bayramov küçəsində yerləşən Elşən Adıgözəlov adına 263 saylı körpələr evi-uşaq bağçasının zirzəmisində tülkülər yaşayır və günün müxtəlif vaxtlarında vəhşi heyvanlara bağçanın ətrafında və həyətində rast gəlmək olar. Bu səbəbdən də sakinlər azyaşlı uşaqları ilə bağlı narahatlıq keçirirlər.
Bağçanın müdiri Rəhilə Şıxəliyeva açıqlamasında bildirib ki, valideynlərin narahatlığının əsası yoxdur: “Bizim bağçanın həyətində və zirzəmisində elə şey ola bilməz. Zirzəmiyə təmirdən sonra qapılar qoyulub və ora heç bir vəhşi heyvan, heç küçələrdə gəzən itlər daxil ola bilməz. Həm də tülkülərin yaşadığı yerdə insanlara qaşınma keçir. Bizim bağçada isə elə bir şey mümkün deyil. Həmçinin bağçanın mühafizəçisi var və 24 saat təhlükəsizliyə riayət edilir”.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub