Sərbəst buraxılan iş adamı kimləri aldadıb? - FAKTLAR
Bu gün Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan iş adamı Elçin Babayevlə bağlı yeni faktlar ortaya çıxıb.
Mynews.az bakupost.az-a istinadən xəbər verir ki, hələ ötən ildən axtarışa verilən "Ulduz" MMC tikinti firmasının rəhbəri Elçin Babayev vətəndaşları aldatmaqda ittiham olunur.
Onunla bağlı bir neçə vətəndaşın şikayəti də mətbuatda dərc olunub. Bunlardan biri Sumqayıt sakini İmanov Qədir İsmayıl oğluna aiddir. Belə ki, Q.İmanov Baş Prokuror Zakir Qaralova müraciətində həmin şirkət tərəfindən aldadıldığını bildirmişdi.
Mətbuatda ictimailəşən müraciətdə o bildirir ki, 2011-ci ildə Nərimanov rayonu, "Keşlə" bazarına yaxın sahədə yerləşən "ANT" firması adlanan binada fəaliyyət göstərən "Ulduz" MMC-ni təmsil edən Fikrət Hacıyev adlı şəxslə görüşüb və ona 37.125 min manat nəğd pul verib.
Payçı həmin firmanın Yasamal rayonu, Yeni Yasamal Yaşayış massivində inşa etdirdiyi 4 blokdan ibarət binanın 4-cü ayrıca inşa olunan binanın 5-ci mərtəbəsində ümumi sahəsi 82,5 kvm. sahəsi olan ikiotaqlı 37-ci mənzilini alıb.
İmanov Qədir İsmayıl oğlu bütün lazımi sənədləri qəbul edir, bircə qalır yeni mənzilinin açarını qəbul etmək. Amma ailənin gözü yolda, qulağı səsdədir ki, yeni mənzilin açarını alacaqlar...
Eyni şirkət tərəfindən aldadıldığını deyənlərdən biri də Salyan rayonu, Çuxanlı kənd sakini Atəş Şıxaliyevdir. O, 2011-ci ilin dekabrında eyni binadan mənzil alıb.
Binanın tikintisi başa çatmamış xəbər tutub ki, tikinti işini "Şərur" MTK davam etdirir. Ancaq şirkətə müraciət edəndə "Ulduz-S" MTK tərəfindən onlara təqdim olunmuş siyahıda onun adının olmadığını bildiriblər. Deyir, indiyədək nə 22 min manatını qaytarırlar, nə də mənzili verirlər.
Qeyd edək ki, Bakıda polis tərəfindən saxlanılan şirkət rəhbəri sərbəst buraxılıb. Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan iş adamı Elçin Babayevin oğluElvin Babayev bildirib ki, atası saxlanıldığı gün məsələ ayddınlaşdırılandan sonra sərbəxt buraxılıb.
Cəmiyyət
- Prezident generalı rektor TƏYİN ETDİ
- Azərbaycanda yeni nazir TƏYİN EDİLDİ
- Unun qiyməti qalxdı - VİDEO
- Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır
- Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
- İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi yardım ödənilib
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar”ın əsas tərəfdaşlığı ilə “Balloon Festival” keçirildi - FOTOLAR 1142 dəfə oxunub
- Prezident generalı rektor TƏYİN ETDİ 1102 dəfə oxunub
- Bu gün nəşi tapılan hərbçimizin tərxis olunmasına 20 gün qalıbmış (YENİLƏNİB) 1092 dəfə oxunub
- Dilarə yataq otağından görüntülərini yaydı - VİDEO 1024 dəfə oxunub