Bəzi qadınlarımız heyz günlərində oruc tutmurlar, bu yanlışdır! Elşad MİRİ - VİDEO

996
Bəzi qadınlarımız heyz günlərində oruc tutmurlar, bu yanlışdır! Elşad MİRİ - VİDEO

Bildiyimiz kimi mayın 27-sindən artıq dünyanın hər yerində müsəlmanlar Ramazan ayını yaşayır. Ramazan ayının əsas rituallarından biri isə oruc tutaraq günün müəyyən saatına qədər ac qalmaqdır.

Bu gözəl ayda Azərbaycanda da oruc tutan insanlar çoxdur. Lakin hər ötən il cəmiyyətimizdə Ramazan ayı və oruc tutmaqla bağlı sualı olanların sayı da artmaqdadır. Hətta insanlar arasında oruc tutmaqla bağlı elə fikirlər formalaşıb ki, bunların heç birinə nə İslamda, nə də Quranda rast gəlinmir.

"A24.az” həmin fikirlərə aydınlıq gətirmək, insanların Ramazanla bağlı suallarını cavablandırmaq üçün ilahiyyatçı Elşad Miri ilə müsahibə edib. Müsahibədə aşağıdakı suallara aydınlıq gətiriləcək:

1 – Ramazan nədir? Oruc nədir? Niyə oruc tuturuq? Oruc tutmağın bizə bir faydası varmı? Yoxsa həqiqətən oruc tuturuq ki, başqa vaxtlarda saxlaya bilmədiyimiz pəhrizi məhz həmin günlərdə saxlayaq? (2:05 dəqiqədən)

2 – Oruc qəza edilə bilərmi? Və ya hansı hallarda insanlar oruc tutmaya bilər? (5:00 dəqiqədən)

3 – İnsanlar hansı təqvimlə oruclarını tutmalıdır? (8:20 dəqiqədən)

4 – İnsanlar oruclarını qeyd edilən dəqiqədə açmalıdır? Vaxtında açılmasa günah sayılır? (11:20 dəqiqədən)

5 – Sahura qalxmadan oruc tutmaq olarmı? (12: 30 dəqiqədən)

6 – Ağız yaxalamaq, əlin ələ toxunması, başla birlikdə bədəni suya salmaq, yaxalanmaq orucu pozur? (14: 35 dəqiqədən)

7 – Orucu yatmaqla keçirənlərin savabı işbaşında, ayaqüstə keçirənlərdən fərqlidir? (20: 30 dəqiqədən)

8 – İl ərzində oruc borcunu verməyi unudan insanlar (xüsusən də xanımlar) yeni Ramazan orucuna borclu-borclu başlaya bilərmi? (22:25 dəqiqədən)

9 – Oruc tutmaq istəyən azyaşlılara məsləhətiniz? (28:24 dəqiqədən)

10 – Orucumuzu su və xurma ilə açmağımız şərtdir? (30:10 dəqiqədən)

Suallarına cavab axtaranlar müsahibəyə aşağıdakı videoda baxa bilər:

 

Xəbər lenti